audio
audioduration (s) 0.4
12
| text
stringlengths 5
150
|
|---|---|
Heç olmasa beş-altı nəfərsiz də.
|
|
Təşəkkür edirəm, siz yaxşı olun.
|
|
Səni sevərək izləyirəm.
|
|
Ümumiyyətcə kim qəşəng danışa bilir, qonaqlarını gözəl təqdim edə bilir
|
|
və onun içindəkiləri, çılğınsız, çılğınsız bir variantda içindən çıxarda bilir, onları sevirəm mən.
|
|
Mənim içimdə 20 qadın var.
|
|
Bilmirəm, o sənin verdiyin suallardan asılıdır. <chuckles>
|
|
Yaxşı ki, Oskar mükafatına getmədim.
|
|
Məncə əziyyəti sevməkdir.
|
|
Röya ümumiyyətlə əziyyəti sevər.
|
|
Xərcləməyi sevər.
|
|
Xərcləmək tək maliyyə tərəfdən demirəm ha, bütün enerjisini, dünyasını, fikirlərini.
|
|
Və nə yaxşı ki, bu il, il girəndə dedim ki, bu il bizim 25 illiyimizdir.
|
|
Və mən dövlətimiz tərəfindən layiqincə mənə qoyulan o hörməti də gördüm.
|
|
Artıq xalq artistiyəm.
|
|
Bəli, çox gözəl mahnılarım var.
|
|
Mən bundan sonra nə edə bilərəm ki, daha da çox təəccüblənsinlər, daha da çox maraqlı olsun.
|
|
Və o 20 qadın Röya var ha, o 20-sindən birini yoxlamaq istədim ki, görəsən başqa ölkədə mənim duruşum nətər olacaq?
|
|
Necə bir qadınam mən?
|
|
Özümü uzaqdan izləmək istədim.
|
|
Çünki bu ölkədə yalnız mənim tanıdığım fotoqraflardır, videoqraflardır.
|
|
Amma başqa ölkədə məni necə mənə göstərəcəklər, o mənim üçün çox maraqlı idi.
|
|
Və mən düşünürəm ki, biz komanda olaraq bunu çox gözəl bacardıq.
|
|
Çox maraqlı da alındı.
|
|
Və biz gecə ilə uçduq gəldik Bakıya.
|
|
Səhər artıq oyandıq, Səs Azərbaycana getdik.
|
|
Sizə deyim ki, içimdə bir duyğu vardı, bilirdim mən qalib olacam.
|
|
Bəli, bunu hiss edirsən, əlbəttə.
|
|
Bilirsiz nədən? Həyəcanlı oldumsa bitdim mən.
|
|
Mən dörd gün hamıya dedim ki, mən o yıxacaq, mən ordan düşəcəm.
|
|
Neçə dəfə qaldırdılar, başladım qışqırıb ağlamağa və helə də oldu.
|
|
Demək ki, insanın özü-özünə göndərdiyi bir enerji var, o çox doğru bir şeydir.
|
|
Mən Kana gedəndə də özümə yaxşı enerji göndərmişdim.
|
|
Mən Səs Azərbaycana gələnə də demişdim ki, biz olacağıq. Və mahnını da doğru seçmişəm.
|
|
Dedim ki, bir mahnı var bilmirəm sizə maraqlı gələcək yoxsa yox.
|
|
Nailə xanım Mirməmmədlidən Gülağa Tənha
|
|
Çünki iki qadın ancaq bu sözü bir-birinə deyə bilər.
|
|
Və nə yaxşı ki biz demişik, bilirsən, quzum.
|
|
Doğrudan da mənim Cəmilə üçün edəcəyim artıq heç nə qalmadı.
|
|
Məncə sən artıq özün üçün nəsə edəcəksən.
|
|
Etməsən məni yandırarsan.
|
|
Yəni bu qədər gücümü <chuckles>, sənin üzərinə qoyduğum o enerjini, məhəbbəti istəyərəm ki yüksəltsin.
|
|
Elə bildim ki, mən o dünyanın qadınıyam.
|
|
Orda yaşayıram və hər zaman hara getsəm məni tanıyırlar <giggles>.
|
|
İçimdən başqa bir Röya çıxdı.
|
|
Özüm də onunla yeni tanış oldum.
|
|
Və bilirsiz, o özümə baxdım və dedim, sən çox şey edəcəksən hələ.
|
|
Səndən qorxuram <chuckles>.
|
|
Bəli, özümdən qorxdum.
|
|
Yəni özümü izlədim və özümdən qorxdum.
|
|
Məni bir az yorur.
|
|
Məni çox yorur. Məsəl üçün bu gün yuxudan durdum, istədim zəng vurub deyim ki, olar bu gün gəlməyim?
|
|
Sonra dedim ki, yox, insanlar bu qədər hazırlaşıblar.
|
|
Dedim ki, qovdum başımdan o Röyanı, qovdum.
|
|
Durdum hazırlaşdım. <laughs>
|
|
<laughs> Əlbəttə ki. Çünki mənim həyatda ən sevmədiyim şeylərdən biri də birinin gözünü yolda qoymaqdır.
|
|
Onun xəyallarını, onun arzusunu, yəni bir yerə ya gedərəm, heç vaxt da gecikmərəm.
|
|
Ona görə də, ya da getmərəm, bunu da öncədən bilərlər yəni.
|
|
Ona görə də o fikirlərlə mübarizə aparmaq var ha içimdə.
|
|
Bir də görürsən kiməsə çılğıncasına cavab qaytarıram, vay-vay.
|
|
O qadın bir söz deyir, bu qadın bu söz, bu deyir düz elədin, bu deyir səhv elədin.
|
|
Sən niyə belə elədin? Səhər ayılıram dəli kimi ki, bəsdir <laughs>.
|
|
Susun! <laughs>
|
|
Çünki ikisi də özü üzərində işləyən, ikisi də xalqını sevən, ikisi də Azərbaycana sadiq olan bir xanımdır.
|
|
Ona görə düşünürəm ki, ikisini də küsdürmək heç də yaxşı deyil.
|
|
Biri içinə salacaq, tez çürüyəcək.
|
|
Xeyr, qıraqdan müşahidə edirəm sadəcə olaraq.
|
|
Bir ailə başçısı.
|
|
Qadın kimi kişi, sən kişi kimi qadınsan, nifrət edirəm o sözə.
|
|
Mən qadın kimi qadınam.
|
|
Çünki anamın bir dənə sözü var, deyir ki, övlad heç vaxt atadan yetim qalmır, anadan yetim qalır.
|
|
Qadın övlad atasını da itirsə, qadın onu toparlaya bilir, o qadına sarıla bilir, başını qoya bilir.
|
|
Məncə qadınlar edəcəyi bir şeyi kişilər çəkinər, qorxar, o çəkilən yükü.
|
|
Qadın bir gözünə ağlayır, gülür, o birisi gözü ilə belə-belə təzədən çıxır övladlarının, qohumlarının qabağına. İşdən sonra mən bax o Röyayam.
|
|
Dostlarını başına yığan, deyib-gülən, əgər çox böyük stresi varsa içində, ki onu ümumiyyətlə gecə yatanda onunla bir də mübarizə aparmasın o ağrı ilə.
|
|
Yadından çıxsın və hamını yola salandan sonra rahat yatsın.
|
|
Yox, elə də ağrımıram axı <laughs>.
|
|
Oturum başımı qatım ki, onu unudum, xeyr. Qətiyyən.
|
|
Tozsoran lazımdır ora artıq. <laughs>
|
|
Aynurum,
|
|
məncə eqo ilə doğulursan.
|
|
Mənim tanıdığım qadınlar var ki, onlar qohumlarımdan da var.
|
|
Heç nə yoxdur ortada.
|
|
Amma mən belə şok keçirirəm onlar danışanda, onların eqosunu görəndə.
|
|
Məncə bu nə pul, nə uğurdan, xeyr.
|
|
İnsan elə doğulur.
|
|
Elə doğulur.
|
|
Uşaqlarda da fikir verirəm, bir uşaq baxırsan ki, çox təşəkkür, çox sağ ol mama.
|
|
Yəni biz elə böyümüşük də.
|
|
Mama, maaş alanda bizə şokolad alarsan.
|
|
Amma uşaq da var yerdə oturur deyir ki, sən o şokoladı mənə alacaqsan.
|
|
Arada bilirsiz, belə bir tədbirlərə məni çağırırlar, çox qəşəng sual verdin.
|
|
Deyirəm ki, belə paltar geyindirim ki mənə, elə paltar seçək ki, belə belə dayanım.
|
|
Daha çox pencək geyindirim mənə.
|
|
Yəni, bir az şax dayanım.
|
|
Əslində Röya kimdir, onu göstərə bilim.
|
|
Yenə də gedirəm, 10 dəqiqə içəri girirəm belə,
|
|
sonra yadımdan çıxır.
|
|
Ona sarılıram, buna gülürəm, bitmişdir yəni.
|
|
Ona görə eqo deyilən bir şey səninlə bir yerdə doğulur və səninlə bir yerdə ölür.
|
End of preview. Expand
in Data Studio
README.md exists but content is empty.
- Downloads last month
- 21